Ukraynada sülh ABŞ-a sərf etmir - Volodin

16:42 10 İyul 2022

Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etmək olardı, lakin bu, ABŞ və Britaniyanın istefa vermiş baş naziri Boris Conson kimi siyasətçiləri üçün sərfəli deyil.

Sitat.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Aydındır ki, mövcud vəziyyəti sülh yolu ilə həll etmək olar. Amma görürsən ki, bu, nə ABŞ-a, nə də onlarla birgə səs-səsə verənlərə sərf etmir. Bu siyasətçilər, əlbəttə ki, gələcək haqqında düşünmürlər və eyni zamanda ukraynalıların taleyinə biganədirlər”, - Volodin bildirib.

 

 



Xəbər xətti