Rusiya Ukraynaya məxsus iki Su-25 və bir MiQ-29 təyyarəsini vurub

17:22 10 İyul 2022

Rusiya hava kosmik Qüvvələrinin Su-35S təyyarəsi ötən sutka ərzində Xarkov və Donetsk vilayətlərində Ukraynaya məxsus iki Su-25 və bir MiQ-29 təyyarəsini vurub. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

"Rusiya hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Melitopol, Zaporojye vilayəti, Ternovoe və Xarkov vilayətinin Vesele yaşayış məntəqələri ərazilərində Ukraynaya məxsus daha üç pilotsuz uçuş aparatını vurub”, - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Rusiya tərəfi müharibə başlayandan indiyədək Ukraynanın verdiyi hərbi itkiləri barədə məlumatı da açıqlayıb: "Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 242 təyyarə, 137 helikopter, 1506 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3995 tank və digər zirehli döyüş texnikası, 741 reaktiv yaylım atəşi sistemi, 3127 səhra artilleriya qurğusu və minaatan, həmçinin 4128 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".

 

 



Xəbər xətti