Gürcüstanda 4,8 maqnitudalı zəlzələ olub

09:01 11 İyul 2022

Gürcüstanda 4,8 maqnitudalı zəlzələ baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib.

Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:36-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonu yaxınlığında, Sameba kəndində olub.

Zəlzələ paytaxt Tbilisidə də hiss olunub. Dağıntı və xəsarət barədə hələlik məlumat yoxdur. 

07:52

Gürcüstanın Ninotsminda şəhəri bölgəsində 4,5 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı 11,95 km dərinlikdə olub. Məlumata görə, yeraltı təkan Bakı vaxtı ilə 07:36-da qeydə alınıb.

Qeyd edək ki, etnik ermənilərin kompakt yaşadığı Ninotsiminda şəhəri ölkənin Türkiyə və Ermənistanla sərhədlərinin yaxınlığında yerləşir.

 

 



Xəbər xətti