Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin beşinci ayında Rusiya Prezidenti Vladimir Putin danışıqlara can atır və Qərbdə həmsöhbətlər axtarır.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib.
"Putin danışıqlara can atır. Putinin nümayəndələri müxtəlif yarıgizli və gizli kanallar vasitəsilə ABŞ-a, Avropaya yaxınlaşmağa çalışırlar və deyirlər: "Gəlin, birtəhər razılaşaq. Bu, həm bizim, həm də sizin üçün faydalı olacaq. Onlar enerji, ərzaq böhranı və bir çox başqa şeylərlə qorxudurlar”, - Klimkin bildirib.
Diplomat qeyd edib ki, Putin payızda danışıqların zəruriliyinə daha çox diqqət yetirəcək, çünki bu, onun üçün ən yaxşı an olacaq - enerji və ərzaq qiymətlərində artım olacaq.