Rusiyanın "Qazprom" şirkəti İtaliyaya qaz ixracını azaldıb.
Sitat.info AFP-yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın enerji şirkəti ENI (ENI.MI) məlumat yayıb.
Bildirilib ki, şirkət Rusiyanın "Qazprom" (GAZP.MM) şirkətindən bu gün təxminən 21 milyon kubmetr qaz alacaq ki, bu da son bir neçə gündəki orta həcmdən azdır.
İtaliya şirkəti öz saytındakı qeyddə bildirib ki, son bir neçə gündə Rusiyadan idxal olunan qaz həcmi gündəlik təxminın 32 milyon kubmetr olub.
Qeyd edək ki, iyun ayında da "Qazprom" İtaliyaya ixrac olunan qaz həcmini 15 faizədək azaldıb.
/Apa