Yəmən ordusunun polkovniki Belhayr Həsən Bənsibə odlu silahla sui-qəsd edilib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, polkovnik hücum nəticəsində həyatını itirib.
Hadisənin təfərrüatı ilə bağlı ətraflı məlumat verilməyib.
Hələlik sui-qəsdi heç bir təşkilat üzərinə götürməyib.
/Axar.az