Avropa İttifaqının əhalisi azalır

22:22 11 İyul 2022

Avropa İttifaqının əhalisi 2 il ardıcıl olaraq azalıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa Statistika Qurumu “Eurostat” məlumat yayıb.

Bildirilir ki, 1 yanvar 2021-ci ildə 27 ölkənin əhalisinin sayı 447 milyonu ötüb. 2022-ci ilin yanvarın 1-də isə 446 milyon 800 min nəfər olub. İllik azalma 200 min nəfər təşkil edib. 2020-ci ildə də əhali sayında azalma qeydə alınıb.

Qurum əhalinin azalmasını koronavirus pandemiyasından doğan kütləvi ölümlərlə izah edir.

Hesabat dövründə doğuş göstəricisi sabit qalsa da, əhalinin orta yaş həddi aşağı düşüb.

 

 

 



Xəbər xətti