Avropa Komissiyası (AK) Ukraynaya 8 milyard avroya qədər yeni makromaliyyə dəstəyi üçün Aİ ölkələrindən əlavə təminatlar tələb edir.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis mətbuat konfransında bildirib.
Bu dəstək paketindən 1 milyard avroluq kredit rəsmi olaraq AK tərəfindən təklif edilib, Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən təsdiq edilib.
Dombrovskisin sözlərinə görə, AK bu vəsaiti yay tətilinə qədər ayıra bilər.
Hələ may ayında Avropa Komissiyası Ukraynaya 9 milyard avroya qədər yeni makromaliyyə yardımı göndərməyi təklif edib.
/Report