Estoniyanın Baş naziri Kaya Kallas və hökuməti istefa verib.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Estoniya hökumətinin mətbuat xidməti yayıb.
Məlumata görə, Kallas öz istəyi əsasında istefa verib.
Bununla yanaşı, Kallas iyulun 15-i parlamentin növbədənkənar iclasının çağırılmasını təklif edib. Bildirilir ki, Kallas bu iclas zamanı deputatlara müraciət edərək “Vətən” və “Sosial Demokrat Partiyası” arasında koalisiyaya əsasında yeni hökumətin qurulmasını ona həvalə etməyi istəyəcək.