ABŞ Konqresi ukraynalı pilotlara F-15 və F-16 qırıcılarından istifadə üzrə təlim keçmək üçün 100 milyon dollar ayırmağı təklif edib.
Sitat.info xəbər verir ki, bu məlumatı “Amerikanın səsi” nəşrinin jurnalisti Ostap Yarış şəxsi Tvitter hesabında paylaşıb.
"Nümayəndələr Palatasının təsdiqlədiyi 840 milyard dollarlıq hərbi büdcədə Ukrayna hərbi pilotlarının Amerika təyyarələrində (xüsusən, F-15 və F-16) təlim keçməsi üçün 100 milyon dolların ayrılması maddəsi da var”, - Ostap yazıb. (Axar.az)