İran Bolton və Pompeoya sanksiya tətbiq etdi

14:08 17 İyul 2022

İran ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton da daxil olmaqla 61 amerikalıya sanksiya tətbiq edib.

Sitat.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat verib.

Sənədə əsasən, sanksiyalar İranın terror qruplaşması kimi tanıdığı Xalq Mücahidləri Təşkilatına dəstək verdiyi üçün tətbiq edilib.

“Qara siyahı”da ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş vəkili, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani, senatorlar Robert Menendez, Ted Kruz, Nümayəndələr Palatasının üzvü Bred Şerman və eləcə də bir sıra hazırkı konqresmenlərin də adlarının olduğu bildirilib.



Xəbər xətti