Rusiya quru qoşunlarının hücum potensialının 30%-dən çoxunu itirib. Bu da Ukrayna ordusuna müharibədə qalib gələcəklərinə əminlik verir.
Sitat.info xəbər verir ki, bunu Böyük Britaniya Qərargah Rəisləri Komitəsinin rəhbəri admiral Toni Radakin deyib.
“Ukrayna öz şərtləri ilə bütün ərazilərini geri qaytarmağı planlaşdırır və görürlər ki, Rusiyanın problemləri var. Bizim hesablamalarımıza görə, Rusiya yerüstü döyüş qabiliyyətinin 30%-dən çoxunu itirib. Bu, 50 min rus əsgərinin həlak olması və ya yaralanması, Rusiyaya məxsus 1700-ə yaxın rus tankın və 4000-ə yaxın zirehli döyüş maşınının itirilməsi deməkdir”, - Radakin bildirib.