Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və iranlı həmkarı Hoseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
Sitat.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, nazirlər iki ölkə arasında siyasi əlaqələri və iyulun 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana planlaşdırılan rəsmi səfəri barədə müzakirə aparıblar.
Qeyd edək ki, sabah Rəcəb Tayyib Ərdoğan Tehrana səfər edəcək. Səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə gerçəkləşir. Rəcəb Tayyib Ərdoğan İbrahim Rəisi və iyulun 19-da Astana formatı çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Qeyd edək ki, iyulun 19-da Tehranda Suriya böhranının tənzimlənməsi ilə bağlı Astana formatı çərçivəsində Türkiyə, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək.