İsveç Ali Məhkəməsi Fətullah Gülənin başçılıq etdiyi terrorçu dəstənin yüksək rütbəli üzvü olduğu iddia edilən Yılmaz Aytənin Türkiyəyə ekstradisiyasını rədd edib.
Sitat/info xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edək ki,Türkiyənin Ədliyyə Nazirliyi Aytənı silahlı terror təşkilatı yaratmaq və ona rəhbərlik etməkdə ittiham edərək, İsveçə ekstradisiya sorğusu göndərib.
Məhkəmə isə Aytənin əməllərində cinayət tərkibi olmadığını bildirərək vəsatəti təmin etməyib.