Alp dağlarında nəhəng çat yarandı: Buzlaqlar sürətlə əriyir

10:50 19 İyul 2022

İtaliyanın şimalında, Alp dağlarında Marmolada buzlağında uzunluğu 200 metr, dərinliyi 25 metr olan nəhəng çat əmələ gəlib. Mütəxəssislər xəbərdarlıq ediblər ki, indiki iqlim şəraitində buzlaq 30 il ərzində tamamilə əriyəcək.

Burada  ilk qar uçqunu 11 alpinistin həyatına son qoymuşdu. İndi isə 200 metrlik, 25 metr dərinlikdə çat əmələ gəlib.

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, iqlim dəyişikliyi buzlaqlara təsir etməkdə davam edir. İtaliya və Avropanın ən böyük buzlaqlarından biri olan Marmolada buzlaqında nəhəng çat əmələ gəlib. Böyük gurultu ilə baş verən uçqun bölgədə dövlət qurumlarını hərəkətə keçirib. Həmin çat helikopter kamerası ilə qeydə alınıb.

Qeyd edək ki, İtaliya son 70 ilin ən pis quraqlığı ilə mübarizə aparır. Mütəxəssislər deyirlər ki, buzlaq illərdir həcmini itirir və bu yay həmişəkindən daha sürətlə əriyir.

Mütəxəssislər hesab edirlər ki, hazırkı iqlim dəyişikliyi davam edərsə, yaxın 25-30 ildə Marmolada buzlaqı tamamilə yox ola bilər. Araşdırmalar göstərir ki, 2004-2015-ci illər arasında buzlaqların həcminin 30%-i yox olub.

Nigar Abuzər,

SİTAT.İNFO




Xəbər xətti