İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell arasında telefon danışığı baş tutub.
Sitat.info xəbər verir ki, Abdullahian nüvə müzakirələrində yaxşı bir razılaşmaya hazır olduqlarını qeyd edib:
“İran hökumətinin yaxşı, güclü və qalıcı bir razılaşma əldə etmək iradəsində heç bir şübhə yoxdur.
Ağ Ev həddindən artıq tələb və şübhələrini bir kənara qoyub real şəkildə həll və razılığa gəlmək istiqamətində addımlar atmalı, sanksiyalardan çəkinməlidir”.