"Ukrayna Müdafiə Nazirliyi gec-tez Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdəki Rusiya donanmasına hücum edəcəyini bildirib. Onlar vurğulayıblar ki, Rusiya bir ölkə kimi mövcudluğunu davam etdirmək istəyirsə, işğal etdiyi Krımı tərk etməlidir".
SİTAT.İNFO xəbər verir ki, bunu Böyük Britaniyada Ukrayna qoşunlarının təlimlərini izləyən müdafiə nazirinin müavini Vladimir Qavrilov “The Times” qəzetinə müsahibəsində deyib.
"Rusiya Qara Dəniz Donanmasından daim ölkəmizi təhdid edir. Əldə etdiyimiz yeni texnologiyaları və imkanları nəzərə alaraq, bu təhlükənin qarşısını almalıyıq. Biz İlan adasında əməliyyatla başladıq. Gəmi əleyhinə silahlar alırıq və gec-tez biz Rusiya donanmasını hədəfə alacağıq. Bu qaçılmazdır, çünki biz xalqımızın təhlükəsizliyinə zəmanət verməliyik”.
Qavrilovun sözlərinə görə, Ukrayna fürsət düşən kimi bütün Qara dəniz boyu Rusiya gəmilərinə hücum edəcək.
Qeyd edək ki, Ukrayna Krımı azad etməyi planlaşdırır və artıq ilhaq edilmiş yarımadada işğalçı qüvvələri məğlub etmək üçün Avropa ilə Qərb silahlarından istifadə etmək barədə danışıqlar aparır.
"Gec və ya tez Qara dəniz və Krımda Rusiyaya hücum etmək üçün kifayət qədər resursumuz olacaq. Krım Ukrayna ərazisidir, ona görə də orada istənilən hədəf bizim üçün qanunidir", - Qavrilov deyib.
Müdafiə Nazirliyi Krımın hərbi və ya diplomatik yollarla geri qaytarılacağı qənaətindədir.
Nərgiz,
SİTAT.İNFO