Avropa İttifaqı (Aİ) Albaniya və Şimali Makedoniyanın ittifaqa üzvlüyü ilə bağlı danışıqlara başlayıb.
“Sitat.info” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Brüsseldə keçirilən mətbuat konfransında deyib.
“Bu gün Albaniya və Şimali Makedoniya Aİ-yə üzvlük barədə danışıqlara başlayır. Bu tarixi an sizin uğurunuzdur”, - deyə Leyen hər iki ölkənin Baş nazirinə söyləyib.
Qeyd edək ki, Albaniya 2014-cü ildən etibarən Avropa İttifaqına namizəd ölkədir, Şimali Makedoniya isə 2005-ci ildən bu statusa malikdir.
/Qafqazinfo