Putin hərəkət etməkdə çətinlik çəkir? - Video

16:06 20 İyul 2022

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin iyulun 19-u Tehrana rəsmi səfər edib. Səfər zamanı Putin “Astana formatı”nda Türkiyə və İran Prezidentləri ilə görüşüb və daha sonradan liderlərlə ikitərəfli danışıqlar aparıb.

“Qafqazinfo” xəbər verir ki, Putinin təyyarədən enərkən yaşadığı çətinlik və yeriyiş tərzi dünya mediasının gündəminə çevrilib. 

İngiltərə mediası əsas olaraq xəbər başlıqlarında Putinin axsadığını vurğulayıb. Bildirilib ki, bununla yanaşı, Putinin gəzərkən sağ qolunu tərpətməməsi də diqqətdən yayınmayıb. Sözügedən videodan sonra dünya mediasında Putinin səhhəti ilə bağlı yer alan iddialar daha da artıb. 

Belə ki, “Mirror” qəzeti sözügedən xəbərdə “Putin ayaqları üzərində qərarsız görünür və bu görüntülər Rusiya liderinin Parkinson və yaxud ölümcül xərçəng xəstəsi olduğu ilə bağlı iddiaların daha yüksək səslə dilə gətirilməsinə səbəb ola bilər”, - deyə qeyd edib.

Qeyd edək ki, Kreml Rusiya Prezidentinin xəstəlikdən əziyyət çəkməsi ilə bağlı xəbərləri bir neçə dəfə təkzib edib. 

 

 



Xəbər xətti