Bu gün Ukrayna üçün Belarusdan iki təhlükə var.
Sitat.info xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Oleq Jdanov çıxış edib.
Onun sözlərinə görə, qonşu respublikanın qoşunları hazırda zərbə qüvvəsi formalaşdırmır, döyüş növbətçiliyindədir:
“Altı batalyon-taktiki qrup var, onlar Polesski və Volın istiqamətlərində yerləşir. Yeri gəlmişkən, iyulun 20-də bu istiqamətlərdə qoşunların rotasiyası başa çatıb. Yəni bəziləri gəldi, bəziləri getdi. Həm də belaruslar daim təlim keçirlər, amma bizim kəşfiyyatımız Ukrayna ərazisinə daxil olmaq üçün qüvvələrin formalaşmasını müşahidə etmir. Belarusdan 2 real təhlükə var - sərhəddə yerləşdirilən "İsgəndər" kompleksləri və hazırda Belarus təyyarələrində təlim uçuşları həyata keçirən rus pilotları”.