ABŞ kəşfiyyatından Putinin səhhəti ilə bağlı məsələyə - Münasibət

12:31 21 İyul 2022

“Rusiya Prezidenti Vladimir Putin kifayət qədər sağlamdır”.

“Sitat.info” Rusiya mediasına istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Aspen Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

“Prezident Putinin səhhəti ilə bağlı çox sayda şayiə dolaşır. Lakin deyə bilərik ki, Putin kifayət qədər sağlamdır. Bu, kəşfiyyatın qeyri-rəsmi qiymətləndirməsidir”, - deyə Börns söyləyib. 

Məlumata görə, V.Putin iyulun 20-si Tehranda forumda iştirak edərkən bir neçə dəfə öskürüb. O, daha sonra bunun otaqda kondisionerlərin işləməsi ilə bağlı olduğunu qeyd edib. 

Qeyd edək ki, dünya mediasında V.Putinin ağır xəstə olması barədə məlumatlar yayılır. Kreml isə Rusiya Prezidentinin xəstəlikdən əziyyət çəkməsi ilə bağlı xəbərləri bir neçə dəfə təkzib edib.

/Qafqazinfo



Xəbər xətti