Ukraynadan uğurlu əməliyyat - Ruslara ağır zərbə

13:37 21 İyul 2022

Ukrayna silahlı qüvvələri ölkənin cənubunda düşmənə hava zərbəsi endirib.

Sitat.info Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukraynanın “Cənub” Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk telemarafon zamanı deyib.

“Bu gecə, səhərə yaxın bir neçə hava hücumu edildi, onların nəticələri hazırda kəşfiyyatdadır”, - deyə o bildirib.

Qumenyukun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zərbələrinə cavab olaraq düşmən yenidən yaşayış məntəqələrini uzaqdan atəşə tutmağa başlayıb.

Qeyd edək ki, iyulun 21-nə keçən gecə rusların ələ keçirdiyi Melitopolda partlayış səsləri eşidilib.

“Gecə yarısına yaxın partlayış səsləri eşidilib. Bundan sonra Melitopolun şərqində, Voznesenka kəndi yaxınlığında yanğın başlayıb”, - Melitopol meri İvan Fedorov bildirib.



Xəbər xətti