Türkiyə beynəlxalq siyasət, siyasi məsələlər, ticarət və iqtisadi əməkdaşlıq baxımından bizim üçün çox əhəmiyyətli bir tərəfdaşdır.
Sitat.info xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Türkiyə Rusiyaya qarşı qeyri-qanuni sanksiyalarda iştirak etməyib və öz suveren müstəqil siyasətini həyata keçirir. Rusiya və Türkiyənin siyasi və iqtisadi məsələlərdə əməkdaşlıqda böyük potensialı var”, - Peskov bildirib.
/Axar.az