Ukrayna Xarkovda hücuma keçdi: Şiddətli döyüşlər...

17:27 6 Sentyabr 2022

Ukrayna ordusu Xarkov vilayətinin Balakleya şəhəri istiqamətində əks-hücuma keçib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusu Xersonda diqqətləri yayındıraraq uzun müddətdir Xarkov istiqamətində xeyli sayda ağır texnika toplayıb.

“Artıq Kiyev Xarkov istiqamətində hücuma başlayıb. Bu gün səhər ukraynalılar Balakleya şəhərinə hücuma keçdilər. Hazırda şəhərə aparan körpülər partladılır. Şəhər iri kalibrli artilleriya və RYAS-lardan atəşə tutulur. Düşmən şəhərin kənarında möhkəmlənib”, - məlumatda qeyd olunub.

Məlumata görə, şəhər əhalisi zirzəmilərə sığınıb, çünki gərgin döyüşlər gedir. Rayonda rus aviasiyası işləyir, Rusiya ordusu əks-batareya döyüşləri aparır. Eyni vəziyyət İzyum istiqamətində də yaranıb:

“Şiddətli döyüşlər gedir. Düşmən bütün Xarkov istiqamətində hərəkətə keçib”.

/Axar.az



Xəbər xətti