Rusiyadan qaz tədarükünün dayandırılması Avropa və ABŞ-dakı istehlakçıları şikəst edəcək.
Sitat.info xəbər verir ki, bu sözləri “Forbes”in yazarı Sal Gilberti deyib.
“ABŞ enerji baxımından Rusiyadan asılı deyil, lakin Avropada yanacağın yüksək qiymətləri eyni vaxtda ABŞ-da da onun maya dəyərinin artmasına səbəb olacaq. Bundan əlavə, qışda Rusiya tədarükünün dayandırılması Avropa iqtisadiyyatını çökdürəcək. Bu, ABŞ-dakı istehlakçılara da öz təsirini göstərəcək, çünki təbii qazın qiyməti artıq 95% artıb”, - Gilberti bildirib.
/Axar.az