İranın Mərivan şəhərində qadınlar intihar hallarının artması və əmin-amanlığın pozulmasına qarşı etiraz aksiyası keçiriblər.
Sitat.info xəbər verir ki, bu barədə “Azad İran” Teleqram səhifəsi məlumat yayıb.
Şəhər məhkəməsinin önünə toplaşan aksiya iştirakçıları əllərində “Biz təhlükəsizlik istəyirik” yazılmış plakatlar qaldıraraq qadınlara qarşı şiddətin artmasına etirazlarını bildiriblər.