Çin-Tayvan müharibəsi başlayacağı təqdirdə, pilotsuz uçuş aparatları burada mühüm rola malik olacaq.
Sitat.info xəbər verir ki, bu sözləri Türkiyənin “Baykar” şirkətinin baş direktoru Haluk Bayraqdar bildirib.
“PUA-ların iştirak etmədiyi bir müharibənin baş verməsi artıq müzakirə mövzusu deyil. PUA-lardan istifadə etməyənlər savaşda uduzan tərəf olacaqlar”, - Bayraqdar bildirib.
O, eyni zamanda Akıncı PUA-larına da gəmi əleyhinə raket quraşdırılacağını əlavə edib.
/Axar.az