Xarkov atəşə tutuldu - Ölən və yaralılar var

12:33 8 Sentyabr 2022

Ukraynanın Xarkov şəhəri Rusiya ordusu tərəfindən reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutulub.

“Sitat.info” Unian-a istinadən xəbər verir ki, bu barədə məlumatı Xarkovun meri İqor Terexov açıqlayıb.

Hadisə nəticəsində 2 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb.

Hazırda xəsarət alanların dəqiq sayı və dağıntılar barədə məlumat dəqiqləşdirilir.

 



Xəbər xətti