Zelenski müjdə verdi: Ərazilər azad edilir, amma adlarını açıqlamayacağıq

16:11 8 Sentyabr 2022

Ukraynanın ikinci böyük şəhəri Xarkov yaxınlığındakı Balakliyada rus işğalçılarından geri alınan Bayrak kəndi ətrafında toqquşmalar şiddətlənib. Rusiya qoşunları artilleriya atəşi ilə Ukrayna ordusunun qarşısını almağa çalışır.

SİTAT.İNFO xəbər verir ki, fevralın 24-də başlayan Rusiya işğalını yaxından izləyən Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir ki, Xarkov ətrafında zəifləmiş ruslar Ukrayna qoşunlarını dəf etmək üçün qoşunlarını bölgəyə geri çəkiblər.

Ukrayna ordusu Balakliya ətrafında təxminən 20 kilometr irəliləyərək 400 kvadrat kilometr ərazini rus işğalçılarından təmizləyib.

Rusiyalı hərbi blogerlər isə yazır ki, ukraynalılar Rusiyanın gəmiçilik yolunu kəsməyi hədəfləyib və Kupyanska, İzyuma doğru irəliləməyi planlaşdırırlar.

Son dərəcə kritik geosiyasi mövqeyə malik olan İzyum xüsusilə rus işğalçıları üçün həyati bir təchizat nöqtəsidir.

Ukrayna lideri Vladimir Zelenski Rusiyanın işğalı altında olan bir çox yaşayış məntəqəsinin azad edildiyini bəyan edib və cəbhə xəttindən “şad xəbərlər”in gəldiyini bildirib. Geri alınan yerlərin adlarını açıqlamayan Zelenski Ukrayna bayrağının sancıldığı nöqtələrin adlarını bir daha paylaşmayacağını bildirib.

Qeyd edək ki, Ukrayna ordusu Balakliyanın şimal-şərqində, Voloxov Yarda alçaqdan uçan Rusiyaya məxsus Su-25 qırıcısını vurub.

Ötən yeddi ayda quru qoşunlarına birbaşa dəstək üçün nəzərdə tutulmuş 16 Rusiya Su-25 təyyarəsi ukraynalılar tərəfindən vurulub.

Ləman,

SİTAT.İNFO



Xəbər xətti