Ukraynada ilişib qaldığı bataqlıqdan çıxa bilməyən və Rusiyanın ən şərq bölgəsi olan Vladivostokda keçirilən təlimə baxaraq mənəvi rahatlıq tapan Vladimir Putin qatıldığı toplantıda yuxuya getdi.
SİTAT.İNFO xəbər verir ki, Vladivostok yaxınlığındakı Russki adasında keçirilən turizm mövzusunda Dövlət Şurasının sədrliyi iclasında Putin və yüksək səviyyəli Rusiya rəsmiləri iştirak edib.
Rusiya mətbuatının ekrana gətirdiyi görüntülərdə 69 yaşlı Vladimir Putinlə yanaşı, digər məmurların da yuxuya getdiyi görüntülənib.
Britaniya mediası Rusiya liderinin səhhətində yaranan problemlərə görə "tükənmə" yaşadığını bir daha gündəmə gətirsə də, o, Vladivostok ilə Moskva arasındakı saat fərqinin 7 saat qurşağı olduğunu xatırladıb.
Çindən 3 min əsgərin iştirak etdiyi “Vostok-2022” təlimi üçün Vladivostoka uçan Putin, güc nümayişini izlədiyi qərargaha axsaq daxil olub.
Ukraynanın paytaxtı Kiyev ətrafında işğalın ilk ayında ciddi məğlubiyyətə uğrayan Rusiya ordusu yazda Donbasın Luqansk bölgəsini tamamilə ələ keçirib. Cənubdakı Mariupol kimi şəhərlər həftələrlə bombardman edilib və xəritədən silinərək işğal edilib.
Lakin yayın əvvəlində Qərb ölkələrinin Ukraynaya HİMARS kimi uzaqmənzilli raket sistemləri göndərməsi Rusiya üçün kabusun başlamasına səbəb olub. Donetskdə irəliləməsi dayanan rus qoşunları cənubda Ukrayna ordusunun əks hücumu ilə üzləşib.
Nigar,
SİTAT.İNFO