II Yelizavetanın ölüm xəbəri yayıldı - Yenilənib

18:21 8 Sentyabr 2022

“Böyük Britaniya kraliçası II Yelizavetanın həkimləri onun səhhətindən narahatdırlar”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Bukinqem sarayından yayıblar.

“Həkimlər bu gün səhər həyata keçirilən müayinələrdən sonra kraliçanın səhhətindən narahatdırlar və ona həkim nəzarəti altında qalmağı tövsiyə ediblər”, - deyə məlumatda qeyd olunub.

***

"The Guardian" nəşri II Yelizavetanın ölüm xəbərini yayıb. Nəşr daha sonra bu məlumatı silib. 

Qeyd edək ki, kraliçanın Şotlandiyada Balmoral qəsrində həkim nəzarətinə götürüldüyü bildirilir. 



Xəbər xətti