Rusiyanın Primorsk diyarında tayfun səbəbindən minə yaxın ev su altında qalıb.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
“Təbii fəlakət nəticəsində 41 yaşayış məntəqəsində 991 ev, 1072 həyətyanı sahəni su basıb, 34 körpü zərər görüb. Həmçinin 40 yaşayış məntəqəsi ilə əlaqə kəsilib”, - deyə FHN-nin məlumatında deyilir.
/Axar.az