III Çarlz bu gün rəsmi olaraq Böyük Britaniyanın yeni kralı elan ediləcək.
“Qafqazinfo” “The Times”a istinadən xəbər verir ki, onun həmin gün xalqa müraciət edəcəyi gözlənilir.
Qəzetin yazdığına görə, Çarlz “Britaniya tarixində bütün varislərdən daha çox tac gözləyən” şahzadədir. Onun çıxışı ənənəvi olaraq sələfinin ölümü ilə bağlı şəxsi bəyanatla başlayacaq, yalnız bundan sonra o, monarxiyanın başçısı kimi and içə biləcək.
Qeyd edək ki, Şahzadə Uilyam və Keyt Midlton yeni Kornuoll hersoqu və hersoginyası titulunu alıblar. Şahzadə Çarlz və Kamilla əvvəllər bu titulların sahibi olublar.
***
“The Times” qəzetinin məlumatına görə, III Çarlz əvvəl bildirildiyi kimi cümə günü deyil, sentyabrın 10-u rəsmi olaraq Böyük Britaniyanın kralı elan olunacaq.
Bu gün yeni kral və həyat yoldaşı Kamillanın Şotlandiyada yerləşən Balmoral qəsrindən geri dönəcəyi gözlənilir.
Bununla yanaşı, bu gün axşam saatlarında III Çarlzın əvvəlcədən lentə alınmış müraciəti yayımlanacaq.