Kraliza II Elizabet necə dəfn olunacaq?

12:54 9 Sentyabr 2022

İngiltərə kraliçası ən uzun müddət hakimiyyətdə olan monarx Elizabet 96 yaşında dünyasını dəyişib. 70 ildir taxtda oturan kraliçanın ölümü İngiltərəni və dünyanı şoka salıb.

SİTAT.İNFO xəbər verir ki, onun ölümünün rəsmi elanından sonra Kraliçanın böyük oğlu, keçmiş Uels şahzadəsi Çarlz Böyük Britaniyanın yeni kralı və dövlət başçısı oldu.
Kral ailəsi matəmə batıb. Planlaşdırılan rəsmi işlər ləğv edilib. Ölkə daxilində və xaricdəki hərbi və diplomatik nümayəndəliklərdə bayraqlar yarıya endirilib. Digər ölkələrin liderləri də başsağlığı mesajları yayıblar.

BBC yaxın günlərdə keçiriləcək mərasimlərlə bağlı məlum olanları toplayıb. Kraliçanın tabutu Londona gətirildikdən sonra dəfnindən dörd gün əvvəl Vestminster zalında, Parlamentin binasında saxlanılacaq. Bu, Vestminster sarayının ən qədim hissəsidir.

Tabutu buraya gətirilən sonuncu şəxs 2002-ci ildə vəfat edən kraliça II Yelizavetanın anası olub. Onun tabutunu görmək üçün 200 mindən çox insan növbəyə düzülmüşdü. 

Tabut Bukingem sarayından  hərbi paradla buraya gətiriləcək. Paradda kral ailəsinin üzvləri də iştirak edəcək.

İctimaiyyət bu mərasimi ətrafdakı küçələrdə və parklarda quraşdırılması gözlənilən böyük ekranlardan izləyə biləcək.

Westminster Hall-a çatdıqdan sonra imperator tacı, əsa və kürə tabutun üstünə qoyulacaq.

Dəfn mərasimindən sonra Kraliçanın tabutu cənazə maşını ilə Vindzor şəhərinə aparılacaq.

Tabutun son səfəri Vindzor qəsrindəki Müqəddəs Georgi kapellasına olacaq və kral ailəsinin iştirakı ilə dəfn olunacaq.

Bu kilsə kral ailəsi tərəfindən toy və dəfn mərasimləri üçün üstünlük verilən yerdir.

Şahzadə Harri və Meqanın evləndiyi və keçən il Şahzadə Filipin dəfn mərasiminin keçirildiyi yer budur.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti