Şimali Koreyanın ali qanunverici orqanı olan Ali Xalq Assambleyasının (SPA) iclas;nda ölkə lideri Kim Çen In yeni açıqlamalar verib.
Dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyi Kimin iştirakı ilə keçirilən ikinci iclasda “rəhbərliyə hücum ediləcəyi təqdirdə Şimali Koreya ordusuna düşmən qüvvələrinə cavab olaraq nüvə zərbələri endirməyə icazə verən qanun” elan edib.
İclasda ölkəsinin nüvə proqramına sadiqliyini təkrarlayan Kim, Şimali Koreyanın müdafiəsini zəiflətmək və administrasiyasını devirmək üçün təzyiq kampaniyası aparan ABŞ-a qarşı mübarizə aparmaq üçün lazım olan nüvə silahlarından və raketlərdən imtina etməyəcəklərini bildirib.
Cənubi Koreyanı hücum imkanlarını gücləndirmək və ABŞ-la birgə genişmiqyaslı hərbi təlimləri yenidən sürətləndirmək planlarına görə də tənqid edən Kim, Seulun addımlarını “gərginliyi artıran təhlükəli hərbi hərəkətlər” kimi qiymətləndirib.
Nərgiz,
SİTAT.İNFO