Ukrayna Rusiyanın işğalı nəticəsində dəymiş ziyana görə Rusiyadan ən azı 300 milyard dollar təzminat tələb edəcək.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib.
Onun sözlərinə görə, Ukrayna BMT Baş Assambleyasında zərərin ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasına ilə bağlı qətnamə tələb edəcək.
“Biz Rusiyanın müharibədə Ukraynaya vurduğu bütün zərərlərin ödənilməsini istəyirik”, - Malyuska bildirib.
Qeyd olunur ki, Ukraynanın Rusiyanın işğalı nəticəsində itkiləri daha çox qiymətləndirilir, lakin Malyuskanın qeyd etdiyi məbləğ Rusiya Bankının G7 ölkələrində dondurulmuş aktivlərinin həcminə uyğun gəlir.
Ədliyyə naziri bu vəsaitlərə və Rusiya dövlət müəssisələrinin xarici aktivlərinə, o cümlədən rus oliqarxlarının müsadirə olunmuş əmlakına çıxış tələb edib.
Səid İsaoğlu,
SİTAT.İNFO