ABŞ Ukraynaya göndərilən silah ehtiyatını artırmaq üçün təxminən 1,2 milyard dollarlıq müqavilələr imzalayıb.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Bill Laplante deyib.
“Ukrayna üçün ABŞ hərbi hissələrindən xeyli texnika çıxarılıb. Bu səbəbdən texnikaların döyüş hazırlığını saxlamaq üçün dəyişdirmək lazımdır. Ayrılan məbləğin təxminən 352 milyon dolları “Javelin” raketlərinin, 624 milyon dolları “Stinger” raketlərinin alınmasına, 33 milyonu isə HIMARS sistemlərinin dəyişdirilməsinə xərclənəcək. Hazırda Ukrayna Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ölkəyə vəd olunmuş avadanlıqları, o cümlədən 155 mm-lik sursat, “Switchblade” pilotsuz uçuş sistemləri, radar sistemləri və taktiki maşınlar üçün daha 1,2 milyard dollar dəyərində müqavilələr icra olunur”, - o bildirib.