ABŞ Prezidenti Co Bayden ölkədə 11 sentyabr 2001-ci il terror aktından sonra tətbiq olunan fövqəladə vəziyyət rejimini bir il uzadıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.
Vaşinqton Administrasiyasının rəhbəri ABŞ Konqresinə bildirişində qeyd edib ki, 14 sentyabr 2001-ci il tarixində elan edilmiş fövqəladə vəziyyət rejimi terror təhlükəsi qaldığına görə bir il müddətinə uzadılıb.