Rəfiqəsinə görə hakimiyyətdəki 50-ci ilini qeyd etməyəcək

11:38 10 Sentyabr 2022

Danimarka Kraliçası II Marqrete taxta çıxmasının 50-ci ildönümünə həsr olunan təntənəli tədbirləri təxirə salmaq qərarına gəlib.

“Sitat.info” TASS-a istinadən xəbər verir ki, bu, Böyük Britaniya Kraliçası II Elizabetin vəfatı ilə əlaqədardır.

Həmçinin Kraliça II Marqretenin xahişi ilə tədbirlərin rəsmi proqramında dəyişiklik edilib. Belə ki, kraliçanın kral ailəsinin digər üzvləri ilə Amalienborq sarayının eyvanında xalq qarşısında çıxışı, habelə keçiriləcək bayram konserti və digər tədbirlər ləğv olunacaq.

Qeyd edək ki, II Marqrete və II Elizabet yaxın rəfiqə olublar.

82 yaşlı Danimarka kraliçası II Marqrete bütün Danimarka monarxları arasında hökmranlığın müddətinə görə IV Kristiandan sonra ikinci yerdə qərarlaşıb.

II Elizabet sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Böyük Britaniyada milli matəm elan olunub.

/Qafqazinfo

 




Xəbər xətti