Son bir neçə sutka ərzində Ukrayna ordusu düşmənin (Rusiya ordusu – red.) 157,5 milyon dollarlıq hava texnikasını məhv edib.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna SQ məlumat yayıb.
Bildirilib ki, söhbət qanadlı raket, təyyarə və helikopterlərdən gedir.
“5 sentyabrda 6 ədəd X-101 qanadlı raketi buraxılıb, onun 5-i havada məhv edilib. X-101-in birinin qiyməti 13 milyon dollardır, 6 ədədi 78 milyon edir.
Bundan başqa: 600 min dollar dəyərində X-59 raketi, 2 ədəd Ka-52 zərbə helikopteri (32,4 milyon dollar), bir ədəd Mi-24 (12,5 milyon dollar), o cümlədən bir Su-25 təyyarəsi (33 milyon dollar) vurulub.
Bundan başqa, 10 ədəd “Orlan-10” PUA-sı (ümumi məbləğ 1 milyon) məhv edilib”.
Qeyd edək ki, bundan öncə Ukrayna Rusiyanın 57 milyon dollar dəyərində olan “Moskva-1” radioelektron mübarizə vasitəsini məhv etdiyini açıqlamışdı. “Moskva-1” sistemindən Rusiya ordusunda cəmi 9 ədəd vardı.
/Axar.az