Xameneiyə nə olub?

13:57 12 Sentyabr 2022

Ötən gün bir sıra xarici KİV-də İranın Ali Rəhbəri Seyid Əli Xameneinin dünyasını dəyişməsi barədə xəbər yayılıb. Daha sonradan yayılan məlumatlarda isə Xameneinin ağır xəstə olduğu bildirilib.

“Sitat.info” xəbər verir ki, İngiltərənin “Express” nəşri isə Xameneinin xərçəng xəstəliyindən əziyyət çəkdiyini və bu xəstəliyin son mərhələsində olduğunu yazıb.

İranın Ali Rəhbərinin hazırda ölüm ayağında olduğu da vurğulanıb. Sosial şəbəkələrdə, hətta Xameneinin xəstəxanadan görüntüsü də yayılıb. Lakin sonradan sözügedən fotonun köhnə olduğu məlum olub.

Buna baxmayaraq, İran tərəfi bu məsələ ilə bağlı açıqlama verməyib.

Bu gün isə “ISNA” agentliyinin yaydığı məlumata görə, Xamenei sentyabrın 11-i bir qrup idmançı ilə görüş keçirib. Bununla belə, sözügedən görüşdən görüntülər paylaşılmayıb.

 

/Qafqazinfo



Xəbər xətti