Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında hərbi eskalasiyaya reaksiya verib. Onlar tərəfləri münaqişənin siyasi-diplomatik həllinə çağırıblar.
Axar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin spikeri Oleq Nikolenko deyib.
“Ukrayna Azərbaycan və Ermənistan sərhədində vəziyyəti diqqətlə izləyir. Biz tərəfləri münaqişənin beynəlxalq hüquq normalarına, xüsusən də dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi və diplomatik yolla həllinə çağırırıq”, - Oleq bildirib.
Nikolenko bu münaqişənin həllində Rusiyanın rolunu da xatırlayıb.
“Biz Rusiya Federasiyasının hər hansı vasitəçilik və sülhməramlı səylərinin əhəmiyyətsizliyini qeyd edirik ki, bu da öz öhdəliklərini yerinə yetirməkdə acizliyini bir daha nümayiş etdirir”, - o əlavə edib.