Xarkovda NATO ordusu ilə döyüşdük... - Rus general

10:50 15 Sentyabr 2022

Ukraynada bir neçə gün öncə NATO ordusu açıq şəkildə Rusiya silahlı qüvvələri ilə döyüşə girdi. Bu, əvvəllər də baş verirdi, amma həmişə NATO buna hər-hansı don geydirə bilirdi. Təlimatçı, mütəxəssis adı altında Rusiya ilə açıq müharibə faktından yayına bilirdilər.

Sitat.info xəbər verir ki, bu fikirlərlə “Rossiya 1” telekanalının efirində rusiyalı general, Rusiya müdafiə nazirinin keçmiş müavini Andrey Kartapolov deyib.

“Biz NATO ilə açıq şəkildə toqquşduq. Bir neçə gün bundan öncə, Xarkov istiqamətində gedən döyüşlərdə bizim ordu ilə NATO üz-üzə gəldi. Buna dair çoxlu sübutlarımız var. Artıq Ukraynada müharibənin yeni fazası başlayıb. Bizim ordu bunu gözləmirdi. Onların sayı bizdən səkkiz dəfə çox idi...”

/Axar.az

 



Xəbər xətti