İyul ayında İraqın Duhuk vilayətinin Zaho bölgəsində mülki vətəndaşlara edilən hücumla bağlı Türkiyə, İraq hökuməti və Şimali İraq rəhbərliyi arasında kritik görüş keçirilib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, görüşdə Türkiyəni MİT heyəti təmsil edib. Heyət qarşı tərəflərə dəlilər təqdim edib və hücumun Türkiyə tərəfindən törədilmədiyi sübut olunub./Axar.az