Rusiya Prezidenti Vladimir Putin İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumunun iştirakçılarına müraciət göndərib.
Sitat.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Ötən müddət ərzində Rusiya və Ermənistanın müxtəlif sahələrdə konstruktiv əməkdaşlıqda geniş təcrübə toplayıb, ikitərəfli əlaqələrin yüksək müttəfiqlik səviyyəsinə çatdırılması vacibdir”, - Putin bildirib.
Qeyd edək ki, Rusiya nümayəndə heyəti artıq Rusiya-Ermənistan Regionlararası Forumunun keçiriləcəyi İrəvana gəlib. Nümayəndə heyətinə Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk rəhbərlik edir.
/Axar.az