Almaniya Ukraynaya daha 4 “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusu və sursat göndərəcək.
Sitat.info xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bundesver Ukraynanı daha dörd "Panzerhaubitze 2000" özüyeriyən haubitsaları və əlavə sursat paketi ilə təmin edəcək. Çatdırılma prosesi sənaye ilə aparılan müzakirələrdən sonra mümkün olacaq və dərhal başlayacaq”, - Müdafiə Naazirliyindən bildirilib.
Qeyd edək ki, daha öncə Almaniya Ukrayna ordusunu 7 “Panzerhaubitze 2000” ilə təmin etmişdi.
/Axar.az