Rusiya Ukraynadan gələn zərbə təhlükəsi ilə əlaqədar Sevastopoldakı sualtı qayıqlarını Novorossiyskə köçürüb.
Sitat.info xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiyanın Qara Dəniz Donanmasının komandanlığı demək olar ki, öz “Kilo” tipli sualtı qayıqlarını Sevastopoldakı əsas limandan Novorossiyskə köçürüb. Bu, çox güman ki, Ukraynanın uzaq məsafələrdən zərbə endirmə qabiliyyətinin artması ilə əlaqədardır. Son iki ayda donanmanın qərargahı və dəniz aviasiyasının əsas aerodromunun ərazisi hücuma məruz qalıb və mühafizə olunub", - məlumatda deyilib./Axar.az