Rusiyada etirazlar başlayır: Bütün polislər ayağa qaldırıldı

12:37 21 Sentyabr 2022

Rusiyada qismən səfərbərlik elanından sonra müxalif “Vesna” hərəkatı müharibə əleyhinə aksiyalara başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında məlumat yayılıb.

Hərəkat Rusiyanın bütün şəhərlərində hər kəsi səfərbərliyə qarşı aksiyalara çağırıb.

Məlumata görə, aksiyalar sentyabrın 21-i Moskva vaxtı ilə saat 19:00-a təyin olunub.

Rusiyanın bütün şəhərlərindəki hüquq-mühafizə orqanları əməkdaşlarına saat 14:00-da həyəcan siqnalı ilə toplaşmaq çağırışı edilib. Bütün əməkdaşlar dəbilqə, qalxan və dəyənəklə gəlməlidir.

 

 



Xəbər xətti