Qismən səfərbərlik: ruslar ölkədən qaçır

14:58 21 Sentyabr 2022

Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra ölkədə xaricə bilet satışlarının sayı kəskin şəkildə artmağa başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, artıq Bakı, Astana, Bişkek, Daşkənd, İstanbul, Tiflis və İrəvana olan biletlərin satışında kəskin artım qeydə alınıb.

Hətta, bəzi şəhərlərə olan biletlər də bitib.

 

/Axar.az



Xəbər xətti