İranda internetə məhdudiyyət qoyulacaq

16:05 21 Sentyabr 2022

İranda internetdən istifadəyə məhdudiyyətlər qoyulacaq. 

“Sitat.info” xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ölkədə son günlərdir baş verən etiraz aksiyalarıdır. 

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.

/qafqazinfo



Xəbər xətti